DÇ-2014: Növbəti 1/8 final cütlükləri məlum oldu
26.06.2014 - 04:00
Braziliyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 finalda görüşəcək daha iki cütlük məlum olub. Apasport.az saytının məlumatına görə, E qrupunu lider kimi başa vuran Fransa millisi F qrupunda ikinci olan Nigeriya ilə görüşəcək.
Bu oyun iyunun 30-da keçiriləcək. Öz növbəsində, F qrupunu lider kimi başa vuran Argentina E qrupunda ikinci olan İsveçrəni sınağa çəkəcək. Argentina-İsveçrə görüşü iyulun 1-də baş tutacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0