Azərbaycanın Gənclər və İdman Nazirliyi Gürcüstanın Batumi şəhərində keçirilən güləş üzrə turnirdə qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçilərinin iştirakı ilə yayılan məlumatı araşdırıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurum tərəfindən aparılan araşdırma nəticəsində bu faktın həqiqətə uyğun olmadığı üzə çıxıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi Gürcüstan tərəfi, o cümlədən yarışın təşkilatçıları ilə əlaqə yaradıb. Məlum olub ki, “DQR” komandası adı ilə yarışa qoşulmaq üçün müraciət olunsa da, qeydiyyata alınmayıb, elə bir komanda bu yarışda iştirak etməyib. Ona görə də bu xəbərlər Ermənistan tərəfinin yaydığı dezinformasiyadır.
Nazirlikdən onu da bildiriblər ki, ümumiyyətlə bu yarışda heç Azərbaycan güləşçiləri də iştirak etməyib.
Qeyd edək ki, Ermənistan mətbuatının dünən yaydığı məlumata görə, bu günlərdə Batumidə keçirilən güləş üzrə turnirdə Qazaxıstan, Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan idmançıları ilə yanaşı “DQR” təmsilçiləri də iştirak edib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən isə APA–ya bildirilib ki, ümumiyyətlə sözügedən yarış Beynəlxalq Güləş Federasiyasının qeydiyyatında olmayıb və Azərbaycan yığmasından heç bir güləşçi bu yarışa qatılmayıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"