İngiltərənin Mançester şəhərində Dünya Taekvondo Federasiyası tərəfindən təşkil edilən Qran-pri turnirinin III mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan yığmasının 3 idmançısı mübarizəyə qoşulub.
Taekvondoçularımız fəxri kürsüyə yüksələ bilməyiblər. Belə ki, Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova (67 kq) ilk cəhdində almaniyalı Rabia Güleçi mübarizədən kənarlaşdırsa da, ardınca koreyalı Hyeri Ona uduzub.
Avropa Oyunlarının qalibi Ayxan Tağızadə də yarışa uğurlu start götürüb. 68 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz birinci döyüşündə Siddharta Bhata (Kanada) qalib gəlib. Lakin o, daha sonra belçikalı Yaouad Açaba minimal hesabla məğlub olub – 6:7.
+80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionumuz Radik İsayev yarımfinalın bir addımlığında məğlubiyyətə üzülüb. Amerikalı Stefan Lambdinə qalib gəlməklə 1/4 finala vəsiqə qazanan yığmamızın lideri bu mərhələdə iranlı Omiq Amidi ilə döyüşüb. Qarşılaşmadan qalib ayrılan Amidi mərhələ adlayıb.
Qeyd edək ki, 56 ölkədən 227 taekvondoçunun qatıldığı və 3 davam edəcək yarışda yığmamızın üzvlərindən Patimat Abakarova (49 kq) da mübarizə aparacaq.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb