Sentyabr 12-də Qəbələdə gənc taekvondoçular arasında “Koreya Səfiri Kuboku”na start veriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Cənubi Koreya Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə təşkil ediləcək yarış iki gün davam edəcək.
Turnirdə respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 1998-2000-ci il təvəllüdlü gənc idmançıları güclərini yoxlayacaqlar. Qalib olan taekvondoçular ATF və Koreya səfirliyinin təsis etdiyi diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Yarış Qəbələ şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub