Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən Qran-Pri turnirində ötən gün gün III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Teymur Rəcəbov bir gün öncə Şəhriyar Məmmədyarovu məğlub edən Pyotr Svidlerlə üz-üzə gəlib.
Görüşdə təmsilçimiz rəqibini məğlub edə bilməyib. Oyun heç-heçə ilə başa çatıb.
Məmmədyarov isə 2 turdan sonra akvitində xal olmayan yeganə iştirakçı - Dmitri Andreyklə qarşılaşıb. Bu görüşdə də qalib müəyyənləşməyib. Tərəflər sülh bağlayıb.
Şahmat üzrə Qran-pri
III tur
Yevgeni Tomaşevski (Rusiya) - Rüstəm Qasımcanov (Özbəkistan) - 0,5 - 0,5
Sergey Karyakin (Rusiya) - Lenyer Dominges (Кuba) - 1:0
Boris Qelfand (İsrail) - Aleksandr Qrişuk (Rusiya) - 1:0
Hikaru Nakamura (ABŞ) - Fabiano Karuana (İtaliya) - 0,5 - 0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dmitri Andreykin (Rusiya) - 0,5 - 0,5
Teymur Rəcəbov (Azərbaycan) - Pyotr Svidler (Rusiya) - 0,5 - 0,5
TURNİR CƏDVƏLİ: Qelfand - 2,5 xal, Karuana, Nakamura, Svidler - 2 xal, Rəcəbov, Qasımcanov, Tomaşevski, Karyakin - 1,5 xal, Məmmədyarov, Dominges, Qrişuk - l xal, Andreykin - 0,5 xal.
Qeyd edək ki, Qran-Pri dairəvi sistem üzrə keçirilir və 11 turdan ibarət olan yarışa oktyabrın 14-də yekun vurulacaq.