“Bizdən medalları təhvil verməyi tələb edirlər. Amma maraqlıdır, bəs bunun səbəbini niyə sübuta yetirmirlər?” Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq ağırlıqqaldıranı Zülfüqar Süleymanov deyib.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının dopinqə görə ömürlük diskvalifikasiya etdiyi 32 yaşlı idmançımız hazırda çətin durumdadır. Həyatını idmanın bu növünə bağlayan Süleymanovun sözlərinə görə, istifadəsi qadağan olunan preparatlardan istifadəsi sübuta yetirilməsə belə ondan 2013-cü illərdə qazandığı medalları geri qaytarılması tələbi qoyulub. Ağırlıqqaldıran isə günahkarların kənarda qaldığı, cəzasını atletlərin çəkdiyi qənaətindədir: “Günahkarlar işlərini rahat davam etdirirlər. Bir şey olmamış kimi “doğrudur”, “bir şey olmayıb” onlara deyirlər. Amma bunun ziyanı idmançılara, xüsusən də mənə dəyib”.
2013-cü ildə Avropa çempionatının və İslam Həmrəyliyi Oyunlarının bürünc medallarını kolleksiyasında saxlayan Süleymanov bildirib ki, sübutu olmayan cəzanı çəkmək fikri yoxdur.
Qeyd edək ki, dopinq qalmaqalında Süleymanovla əlavə, Azərbaycan millisinin daha 17 ağırlıqqaldıranı cəzalansa da, onlar gələn ildən karyeralarını davam etdirə biləcəklər.
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib