![Yığmanın qapıçısı “Qəbələ”də](https://apasport.az/storage/news/2022/june/04/big/629b57061e09a629b57061e09b1654347526629b57061e097629b57061e099.jpg)
Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” ikinci transferini gerçəkləşdirib.
Öncə İlkin Qırtımovu sıralarına cəlb edən “Qəbələ” Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin keçidini rəsmiləşdirib. 31 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Son klubu “Sabah” olan Ağayev 2021-2022-ci illər mövsümünü paytaxt təmsilçisində keçirib. Qapıçı bunadək Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.