“Zirə” – “Qəbələ” oyunu EKSPERT GÖZÜNDƏ
03.09.2022 - 16:36
“Zirə” – “Qəbələ” oyunu EKSPERT GÖZÜNDƏ

Misli Premyer Liqası təkcə Azərbaycanda deyil, Avropada da diqqətdən kənar qalmır.

Apasport.az saytının məlumatına görə, ölkəmizin hüdudlarından kənarda da proqnozsevərlər və futbol ekspertləri çempionat oyunlarını diqqət mərkəzində saxlayır.

V turun “Zirə” – “Qəbələ” qarşılaşması da maraqla gözlənilən görüşlərdən biridir. Rusiyalı futbol eksperti Dmitri Jdanyuk da öz proqnozunda betterlərə məsləhətlərini verib:

“Zirə”nin üç oyunluq qələbəsizlik seriyası ver: heç-heçə və iki məğlubiyyət. Son turda bakılılar “Neftçi”yə 1:2 hesabı ilə uduzub.

“Qəbələ”nin üç viktoriyalı seriyası ötən tur qırılıb. Qonaqlar həmin oyunda “Sabah”a evdə məğlub olub – 0:2.

Son 6 şəxsi matçda “Qəbələ” uduzmayıb: iki qələbə və dörd heç-heçə. “Zirə” 2021-ci il yanvarın 21-dən sonra ilk dəfə qalib gəlməyə çalışacaq.

“Zirə” cari mövsüm orta hesabla bir qol vurur. Bu üzdən komandanın 1,5 Fərdi Alt oynayacağına mərc gəlmək mümkündür.

“Qəbələ” bu mövsüm rəqibindən daha məhsuldardır. Komandalar arasındakı fərq 1 topa bərabərdir. Qonaqların orta məhsuldarlığı 2, meydan sahiblərinki 1-dir. Proqnozum bu qarşılaşmada ən azı 3 qolun vurulmasıdır. Bu üzdən Üst-ə mərc gələrdim.

Bakıdakı görüşdə statistik göstəricilərə də oynamaq olar. Hər matçda 2,75 sarı vərəqə alan “Qəbələ”dən ən 2 və ya daha çox xəbərdarlıq gözləyirəm.

“Qırmızı-qaralar” cari mövsümün bütün matçlarında rəqibindən daha az künc zərbəsi vurub. “Zirə” isə 4 oyundan üçündə üstün olub. Bu dəfə də meydan sahiblərinin korner sayında qalib olacağını düşünürəm.

Proqnozum: Üst
 

0