“Zirə”dən tarixi rekord - ardıcıl 2 mükafat qazandı
26.04.2025 - 13:14
“Zirə”dən tarixi rekord - ardıcıl 2 mükafat qazandı

Misli Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.

Apasport.az xəbər verir ki, “Qarabağ”ın ardından “Zirə” də “üçlük”də yerini təmin edib.

Buna XXXII turun “Turan Tovuz” – “Şamaxı” oyunu səbəb olub. 1:1 hesablı bərabərlikdən sonra “Zirə” mükafatlardan birini qazanıb. Rəşad Sadıqovun yetirmələrinin 61, 4-cü olan Tovuz təmsilçisinin 49 xalı var və sonuncular qələbə sayında rəqibinə çatmaq imkanına itirib.

Bu, Bakı klubunun 4-cü mükafatıdır. 2015/16 və 2024/25 mövsümlərində gümüş, 2022/23 mövsümündə bürünc qazanan “Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub.