ABL: “Naxçıvan” mövsümə qələbə ilə başladı - YENİLƏNİB
18.10.2024 - 22:41
ABL: “Naxçıvan” mövsümə qələbə ilə başladı - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü bu gün bir oyunla start götürüb.

Apasport.az xəbər verir ki, A qrupunda yer alan "Neftçi" və "Naxçıvan" komandaları Bakı İdman Sarayında münasibətləri aydınlaşdırıblar.

Muxtar Respublika təmsilçisi oyuna üstün başlayıb. Üç çeyrəyi qalib başa vuran naxçıvanlılar nəticədə qələbə qazanıblar - 84:79.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparacaq.

18 oktyabr

Azərbaycan Basketbol Liqası

20:00. "Neftçi" - "Naxçıvan" 79:84 (21:23, 24:23, 17:23, 17:15)

0