ABL: "Sabah" növbəti matçına çıxacaq
07.02.2025 - 09:56
Azərbaycan Basketbol Liqasında bu gün XIV turun daha bir oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, A qrupunda son ölkə çempionu "Sabah" NTD ilə üz-üzə gələcək.
Görüş "Sərhədçi" İdman Mərkəzində, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, XIV turun daha əvvəl keçirilən matçlarında "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.
- Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB
- FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib
- Millimiz bu gün iki matç keçirəcək
- Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
0
0