“Abşeron”dan yeni transfer
18.09.2024 - 01:27
“Abşeron”dan yeni transfer

"Abşeron" basketbol klubu heyətinə daha bir oyunçu qatıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Lari Robinsonla birillik müqavilə imzalanıb. O, "Şəki"nin şərəfini də qoruyub.

Qeyd edək ki, o, daha əvvəl Gürcüstanın "Zestafoni" kollektivində çıxış edib. Lari Robinson NBA çempionu olan Lary Robinsonun oğludur.

0