“Abşeron”un baş məşqçisi bəlli oldu
16.09.2024 - 21:21
“Abşeron”un baş məşqçisi bəlli oldu

"Abşeron" basketbol klubunun yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi türkiyəli Erhan Tokerlə 1 illik müqavilə imzalayıb. O, bu postda həmyerlisi Uğur Özdemiri əvəz edib.

Qeyd edək ki, mütəxəssis Türkiyədə "Qalatasaray"ın aşağı yaş qrupları üzrə komandalarının baş məşqçisi kimi və "Tofaş" komandasında fəaliyyət göstərib.

0