Avroliqada pley-in mərhələsi
29.06.2023 - 20:34
Avroliqada pley-in mərhələsi

2023/24 mövsümündə basketbol üzrə Avroliqada 18 komanda mübarizə aparacaq.

Apasport.az saytı xəbər verir ki, ilk dəfə turnirdə pley-in mərhələsindən istifadə olunacaq.

Müntəzəm çempionatın nəticələrinə görə, ilk 6 yeri tutan komandalar pley-offa bitbaşa yüksələcəklər. 7-ci və 8-ci yeri tutan klubların arasında keçiriləcək oyunun qalibi növbəti xoşbəxt olacaq. Bu cütün məğlubu isə 9-10-cu yerlərdə qərarlaşan komandaların qalibi ilə üz-üzə gələcək və pley-offda çıxış edəcək sonuncu təmsilçini müəyyən edəcəklər.

Qeyd edək ki, bu sistemdən NBA-da istifadə olunur. 
 

0