Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
30.06.2026 - 15:32
Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar

Azərbaycanın basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarına təyinat alıblar.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Hakimlər Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və hakim-komissar Asif Bağışov qitə birinciliklərində iş başında olacaqlar.

R.Xalıq U-18, U.Bayramlı U-20, T.Həsənov U-20, A.Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarını idarə edəcəklər.

Xatırladaq ki, Avropa birincilikləri iyul və avqustda gerçəkləşəcək.