Beverli “Filadelfiya”da
06.07.2023 - 21:17
Beverli “Filadelfiya”da

Basketbolçu Patrik Beverli “Filadelfiya”ya keçməyə qərar verib.

Apasport.az-ın məlumatına görə, o, komandaya sərbəst agent kimi qoşulub.

Oyunqurucusu mövqeyində çıxış edən Beverli “Filadelfiya”, “Boston” və “Vaşinqton”la danışıqlar aparırdı. Patrik digər iki komandanın daha çox məbləğ təklif etsə də, “Siksers”ə üstünlük verdiyini bildirib. O, komandanın keçmiş baş məşqçisi Dok Riversdən məsləhət aldığını etiraf edib.

Qeyd edək ki, Beverli son mövsümün birinci hissəsini “Leykers”, ikinci hissəsini isə “Çikaqo”nun heyətində keçirib.
 

0