Gəncə klubunda vida
15.11.2023 - 09:31
Gəncə klubunda vida

“Gəncə" amerikalı basketbolçusu Neyton Sprinqslə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

Basketbolçu mövsüm öncəsi məşqlərin birində ağır zədələnib və çempionatda heç bir oyunda meydana çıxmayıb. Amerikalı basketbolçunun müalicə prosesi uzun müddət çəkəcəyindən vətəninə yollanmaq məcburiyyətində qalıb. Bu səbəbdən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 

0