"Gəncə"dən inamlı qələbə
27.04.2024 - 20:04
"Gəncə"dən inamlı qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun növbəti görüşü keçirilib.

Apasport.az xəbər verir ki, günün yeganə matçı Gəncədə təşkil olunub.

Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edib. Pley-off şansını itirən klubların mövsümdə son oyununda "Gəncə" qələbəyə sevinib.

Qeyd edək ki, turun ilk 3 görüşündə "Sabah" "Xəzri"yə 77:65, "Xırdalan" "Cəlilabad"a 90:84, "Neftçi" isə "Sərhədçi"yə 73:69 hesabı ilə qalib gəlib. Sabah turun son matçında NTD – İNDİQO – "Şəki" ilə qarşılaşacaq.

27 aprel
XVIII tur
14:00. "Gəncə" – "Sumqayıt" 
- 86:82 (21:26, 20:18, 24:24, 21:14)
"Gəncə" Olimpiya İdman Mərkəzi

0