Kanada Fransanı darmadağın etdi
25.08.2023 - 22:32
Kanada Fransanı darmadağın etdi

Basketbol üzrə dünya çempionatına start verilib.

Apasport.az saytı xəbər verir ki, turun mərkəzi görüşündə Kanada qələbə qazanıb.

Kanadalılar Fransa yığmasına böyükhesablı qələbə qazanıb. Şimalı amerikalıların 30 xal fərqi ilə qələbə qazanması çoxları üçün sürpriz olub.

Litva və Latviya komandaları da ilk görüşdə çətinlik çəkməyiblər. 

Qeyd edək ki, sabah 1-ci turun digər oyunları keçiriləcək.

Dünya çempionatı
1-ci tur
25 avqust

Anqola — İtaliya – 67:81
Finlandiya — Avstraliya – 72:98
Meksika — Çernoqoriya – 71:91
Latviya — Livan – 109:70
Dominikan Respublikası — Fillipin – 87:81
Almaniya — Yaponiya – 81:63
Misir — Litva – 67:93
Kanada — Fransa – 95:65

0