Millimizdə yeni təyinat
06.12.2023 - 18:14
Millimizdə yeni təyinat

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasına yeni məşqçilər korpusu təyin olunub

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyası açıqlayıb.

Tahir Baxşıyev və Anar Sarıyev əsas yığmamızda çalışacaqlar. “NTD-İNDİQO” klubunu çalışdıran Baxşıyev millinin baş məşqçisi, “Neftçi”yə rəhbərlik edən Anar Sarıyev isə birinci köməkçi məşqçisi vəzifəsində təyin olunub.

Yığmamızın məşqçilər korpusunda ispaniyalı mütəxəssis Alberto Blanko da yer alacaq. Sonuncu iş yeri İspaniyanın ikinci liqasında (LEB GOLD Spain) çıxış edən “Kaseres” klubunun əsas meneceri və idman direktoru olan Alberto Blanko yığmamızda ikinci köməkçi məşqçi kimi çalışacaq. Avropa basketbolunu yaxından tanıyan 53 yaşlı mütəxəssisin əsas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli məşqçilərimizlə birlikdə onlara qarşı əks həmlələr hazırlamaq olacaq. 

Qeyd edək ki, millimizin ilk sınağı 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinin İsveçrə ilə matçı olacaq.
 

0