Mirotiçi razı salan qərar
06.07.2023 - 00:38
Mirotiçi razı salan qərar

“Barselona” basketbolçu Nikola Mirotiçlə müqaviləyə xitam verib.

Apasport.az-ın məlumatına görə, tərəflər uzun sürən danışıqlardan sonra ortaq məxrəcə gələ biliblər.

“Barselona” büdcədə azalmaya getdikdən sonra Mirotiç komandadan tərk etmək istədiyini açıqlamışdı. Klubun bir neçə təklifindən imtina edən hücumçu ilə sonda razılıq əldə olunub. Nikola iki illik müqaviləyə,əsasən, maaşın 75 faizini alacaq. 

Qeyd edək ki, Mirotiç artıq “Olimpiakos”la anlaşma əldə edib O, Pirey klubunda illik 5,5 milyon avro qazanacaq.
 

0