"Neftçi" Sumqayıtda "Sabah"ı qəbul edəcək - YENİLƏNİB
25.11.2023 - 09:17
"Neftçi" Sumqayıtda "Sabah"ı qəbul edəcək - YENİLƏNİB

Basketbol üzrə ölkə çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün V tur çərçivəsində daha 2 matç keçirilib. 


Günün ilk oyunu Cəlilabad şəhərində təşkil olunub. Saat 15:00-da başlayan matçda yerli komanda rəqibi “Sumqayıt”ı məğlub edib: 86-74

 

Saat 18:00-də Sumqayıt Olimpiya İdman Kompleksində baş tutam görüşdə isə  “Neftçi” çempionatın əsas favoritlərindən biri olan “Sabah” üzərində qələbə qazanıb: 96:93

Azərbaycan Basketbol Liqası
V tur
25 noyabr
15:00. “Cəlilabad” – “Sumqayıt” 86-74

Cəlilabad. Cəlilabad Olimpiya İdman Kompleksi


18:00. “Neftçi” – “Sabah” 96:93
Sumqayıt Olimpiya İdman Kompleksi

Qeyd edək ki, V turun ilk matçında “Sərhədçi” “Gəncə”yə overtaymda 109:108 hesabı ilə qalib gəlib. “Xırdalan” isə NTD-INDIQO-ya uduzub - 86:96. Tura noyabrın 26-na təyin olunan  “Şəki” - “Xəzri” görüşü ilə yekun vurulacaq. 

0