"Neftçi" "Sumqayıt"ı, "NTD-İndiqo" "Xəzri"ni məğlub edib
17.11.2023 - 23:11
"Neftçi" "Sumqayıt"ı, "NTD-İndiqo" "Xəzri"ni məğlub edib

Azərbaycan Basketbol Liqasında IV tura start verilib.

Apasport.az xəbər verir ki, turun açılış matçında lider “Xəzri” Xaçmaz təmsilçisi “NTD-İndiqo”nu qəbul edib.

Qarşılaşma Bakı klubunun 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Günün digər qarşılaşmasında “Neftçi” “Sumqayıt”a qalib gəlib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüş qonaq komandanın 90:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, onun müvani Mariana Vasileva, “Neftçi” futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev də olub.

Qeyd edək ki, IV turun növbəti görüşləri noyabrın 18-19-da keçiriləcək.

0