NTD-İNDİQO "Neftçi"yə qalib gəldi
07.04.2024 - 17:46
NTD-İNDİQO "Neftçi"yə qalib gəldi

Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turunun sonuncu oyunu baş tutub.

Apasport.az xəbər verir ki, pley-off zonasında qərarlaşmış "NTD-İNDİQO" və "Neftçi" klubları arasında baş tutmuş oyun, Xaçmaz təmsilçisinin 94-85 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu NTD-İNDİQO-nun üzvü Qriffin Remmi olub ( 25 xal, 10 asist). 

0