Basketbol üzrə Azərbaycan çempionu Avropa kubokunda ikinci oyununu keçirib.
Apasport.az saytı xəbər verir ki, “Sabah” “Rabotniçki”ni 83:81 hesabı ilə məğlub edib.
İlk görüşdə “Donar Qroningen”ə (Niderland) üç top fərqi ilə qalib gələn basketbolçularmız bu dəfə də əzmkar oyun nümayiş etdiriblər. Oyuna pis start götürən “Sabah” tədricən xal fərqini aradan götürüb.
Qeyd edək ki, qrupda “Sabah” və “Rapid” (Rumıniya) iki oyundan sonra maksimum nəticə göstəriblər. Komandalar son görüşdə qrup qalibini müəyyənləşdirəcəklər.
Avropa kuboku, qrup mərhələsi
“Sabah” (Azərbaycan) – “Rabotniçki” (Şimali Makedoniya) – 83:81 (15:25, 22:22, 27:13, 19:21)