“Şəki” heyətini amerikalı ilə gücləndirib
11.09.2024 - 16:16
“Şəki” heyətini amerikalı ilə gücləndirib

“Şəki” komandası heyətinə daha bir basketbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub amerikalı Karl Consla anlaşıb. Hücumçu mövqeyində çıxış edən basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

“Şəki” daha əvvəl Azərbaycan millisinin üzvü Ərcan Donat və amerikalı Kris Bartonu transfer edib.

0