Yığmamız Andorraya məğlub olub
07.07.2025 - 10:15
Yığmamız Andorraya məğlub olub

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatı C divizionunda ikinci oyununu keçirib.

Apasport.az xəbər verir ki, Albaniyanın evsahibliyi etdiyi B qrupda yer alan komandımız bu dəfə Andorra basketbolçularına 42:52 hesabı ilə məğlub olublar.

Azərbaycanın U-16 millisi yarışın ilk oyununda San Marinoya 105:60 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, komandamız iyulun 9-da Lüksemburq (19:00), 10-da isə Cəbəllütariq (23:30) basketbolçuları ilə qarşılaşacaq.

Avropa çempionatı, C divizionu
B qrupu, 2-ci tur

Andorra U-16 - Azərbaycan U-16 - 52:42 (18:3, 12:12, 9:5, 13:22)