Yığmamız dünya reytinqinə qayıtdı - 13 aylıq həsrətə son 
26.09.2022 - 14:54
Yığmamız dünya reytinqinə qayıtdı - 13 aylıq həsrətə son 

Kişi basketbolçular arasında milli komandaların FİBA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 164 komandası yer alıb.

Azərbaycan milli komandası 13 aylıq fasilədən sonra siyahıya qayıdıb. Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib. Aleksandar Trifunoviçin yetirmələri Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.

Aktivində 78,5 xal olan millimiz dünyanın 112-ci komandasıdır. Yığmamız Avropa ölkələri arasında 44-cüdür.

Qeyd edək ki, cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.
 

0