Yığmamızın Kosovo millisi ilə matç saatı dəyişdirildi
20.02.2024 - 17:58
Yığmamızın Kosovo millisi ilə matç saatı dəyişdirildi

Azərbaycanın kişilərdən ibarət basketbol millisinin 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin Kosovo ilə oyununun başlama saatı dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

25 fevral “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq matçın startı 19:00-a planlaşdırılırdı. Lakin görüşün saat 14:00-da başlaması qərara alınıb.

0