!["Qalatasaray" üçün qara gecə, "Fənərbaxça" turun qapısını açdı - YENİLƏNİB](https://apasport.az/storage/news/2025/february/13/big/67ae512eb9e5b67ae512eb9e5c173947729467ae512eb9e5167ae512eb9e5a.jpeg)
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” komandası İstanbulda “Anderlext”i qəbul edib.
"Sarı-lacivərdlilər" ilk dəqiqələrdən üstünlüyü ələ alıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər matçında isə, "Ayaks" "Yunion"u səfərdə 2 cavabsız qolla məğlub etməyi bacarıb.
Digər bir Super Liqa təmsilçisi "Qalatasaray" isə səfərdə "Alkmaar"la üz-üzə gəlib.
"Cimbom" üçün matç heç də yaxşı keçməyib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
13 fevral
21:45 "Fənərbaxça" (Türkiyə) – "Anderlext" (Belçika) 3:0
21:45 "Ferensvaroş" (Macarıstan) – "Viktoriya" (Çexiya) 1:0
21:45 "Midtyulland" (Danimarka) – "Real Sosyedad" (İspaniya) 1:2
21:45 "Yunion" (Belçika) – "Ayaks" (Niderland) 0:2
00:00 "Alkmaar" (Niderland) – "Qalatasaray" (Türkiyə) 4:1
00:00 "Portu" (Portuqaliya) – "Roma" (İtaliya) 1:1
00:00 PAOK (Yunanıstan) – FCSB (Rumıniya) 1:2
00:00 "Tvente" (Niderland) – "Bodo-Qlimt" (Norveç) 2:1
"Fənərbaxça": 1.İrfan Can Eğriyabat, 21.Brayt Osayi Samuel, 37.Milan Şkriniar, 95.Yusuf Akçiçek, 18.Filip Kostiç, 53.Sebastian Şimanski, 13.Fred, 34.Sofyan Amrabat, 10.Duşan Tadiç, 19.Yusif En-Nesri, 9.Edin Dzeko.
"Anderlext": 26.Kosemans, 54.Sardella, 3.Hey, 34.Adryelson, 6.Avqustinson, 83.De Qrif, 32.Dendonker, 17.Leoni, 21.Huerta, 20.Vazkez, 29.Stroykens.
"Fənərbaxça"– "Anderlext", "Alkmaar" – "Qalatasaray" matçlarını hansı kanaldan izləmək olar?
21:45 "Fənərbaxça" - "Anderlext" (CBC Sport, TRT 1)
00:00 "AZ Alkmaar" - "Qalatasaray" (CBC Sport, TRT 1)
- "Real Madrid"dən fantastik geridönüş, "Yuve" və "Borussiya"dan qələbə - YENİLƏNİB
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub
- "Mançester Siti" - "Real" matçı bu kanalda
- AVRO-2027 Serbiya və Albaniyada keçiriləcək
- Avropa Liqası: "Qalatasaray" və "Fənərbaxça"nın matç saatları bəlli olub