Avropa Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
17.06.2026 - 15:07
Avropa Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

Azərbaycan çempionu “Qarabağ” da II təsnifat mərhələsində səpələnmişlər səbətində yer alıb. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdırsa, növbəti raundda  ÇSKA Sofiya (Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. 

İlk oyun Azərbaycanda keçiriləcək. Cavab matçı isə səfərdə baş tutacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da reallaşacaq.