"Barselona" Çempionlar Liqasında 300-cü oyununu keçirib
22.02.2024 - 12:58
"Barselona" Çempionlar Liqasında 300-cü oyununu keçirib

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, "Napoli" doğma meydanda "Barselona"a ilə 1:1 hesablı heç-heçə edib.

Bu oyunla "Barselona" Avropa futbolunun ən nüfuzlu klub turnirindəki çıxış sayını 300-ə çatdırıb. "Barselona" bu oyunlarda 176 dəfə qalib gəlib, 69 dəfə heç-heçə edib, 56 dəfə məğlub olub.

Qeyd edək ki, "Barselona" - "Napoli" cütünün cavab oyunu martın 12-də keçiriləcək.
 

0