“Başakşehir” KL-nin liqa mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB
28.08.2024 - 22:09
“Başakşehir” KL-nin liqa mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları baş tutub.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Türkiyənin “Başakşehir” komandası doğma azarkeşlər önündə İrlandiya “Sent Patriks”ini sınağa çəkib. Rəqibini 2 cavabsız qolla məğlub edən meydan sahibləri Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Belçikanın “Gent” klubu isə “Partizan”la (Serbiya) üz-üzə gəlib. Meydan sahibləri ilk oyunda olduğu kimi, bu dəfə də 1 qolla qələbə qazanıb.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

28 avqust

20:00 Başakşehir (Türkiyə) – Sent Patriks (İrlandiya) 2:0 (0:0)

Qol: Ömer Ali Şahiner, 64, Olivier Kemen, 82 - Aaron Bolger, 81 (qırmızı vərəqə)

20:00 Gent (Belçika) – Partizan (Serbiya) 1:0 (2:0)

Qol: Matias Delorj, 88

0