Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir
25.11.2022 - 11:58
Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Bu gün DÇ-2022-nin II turunun Uels – İran matçı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Avropa təmsilçisinin kapitanı Qaret Beyl qarşılaşmadan öncə qeyri-adi təklif verib.

Ulduz futbolçu məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir: “İranla oyun Uels vaxtı ilə səhər saat 10:00-da başlayacaq. Mən müəllim olsaydım, uşaqlara məktəbdə bu matça baxmağa imkan verərdim. Ümid edirəm ki, bizim müəllimlər də bunu edəcək. Futbol üzrə dünya çempionatında olmaq Uels üçün tarixi andır. Uşaqları olan tanışlarım istəyir ki, övladı bu qarşılaşmaya baxsın. Amma uşağın məktəbdən qalmasını da istəmirlər. Düşünürəm ki, əksər müəllimlər dərs əvəzinə futbolu göstərəcəklər ki, bizi dəstəkləyərək güc versinlər. Bunu tarix üzrə mini-dərs adlandırmaq olar”.

Qeyd edək ki, məktəblərdə DÇ-2022-nin nümayişi praktikasından daha əvvəl Meksikada istifadə olunub. Uşaqların buna reaksiyası çox müsbət alınıb.
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...