Çempionlar Liqası: Zədəlilər, cəzalılar, ƏMSALLAR...
11.04.2023 - 12:04
Çempionlar Liqası: Zədəlilər, cəzalılar, ƏMSALLAR...

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsi start götürəcək. 

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində iki qarşılaşma baş tutacaq.

Portuqaliyada “Benfika” “İnter”i qəbul edəcək. Hər iki komanda görüşə itkilərlə çıxacaq. 

Qitənin ən nüfuzlu klub turnirində yoluna davam edənlər arasında “Böyük beşlik” təmsilçisi olmayan yeganə komanda daha şanslı sayılır. “İnter” isə son vaxtlar üzləşdiyi uğursuzluqlara son qoymağa iddialıdır.

Nəinki yarımfinala vəsiqəyə, hətta kuboku qazanmağa namizəd sayılan rəqiblər Mançesterdə üz-üzə gələcək. PSJ-ni mübarizədən kənarlaşdıran “Bavariya” “Mançester Siti”nin qonağı olacaq.

“Borussiya”nı Premyer Liqa klubuna dəyişən Erlinq Haland yenidən Münhen təmsilçisinə qarşı dueldə bacarığını göstərməyə çalışacaq. “Çelsi”dən ayrıldıqdan sonra “Bavariya”ya rəhbərlik edən Tomas Tuxel isə yenidən Pep Qvardiola ilə duelə çıxacaq. Meydan sahibləri ilk qarşılaşmada favorit göstərilsə də, almaniyalılar titul iddiasını ortaya qoymaq üçün “döyüşəcək”.

Qeyd edək ki, ilk oyunlara sabah yekun vurulacaq.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
11 aprel
23:00. “Benfika” – “İnter”
Baş hakim:
Maykl Oliver (İngiltərə)
Zədəlilər: Aleksander Ba, Yulian Dreksler (hər ikisi “Benfika”), Hakan Çalhanoğlu, Dalbert, Milan Şkrinyar (hamısı “İnter”)
Zədə üzündən sual altında olanlar: Qonsalo Qedeş, Mixaylo Ristiç (hər ikisi “Benfika”), Samir Handanoviç (“İnter”)
Cəzalı: Nikolas Otamendi (“Benfika”)
Əmsallar: 1 – 2,24, X – 3,38, 2 – 3,66
Lissabon. “Estadio da Luj”

23:00. “Mançester Siti” – “Bavariya”
Baş hakim:
Xesus Xil Mansano (İspaniya) 
Zədəlilər: Fil Foden (“Mançester Siti”), Erik-Maksim Çupo-Motinq, Lukas Ernandes, Manuel Noyer, Pol Vanner (hamısı “Bavariya”)
Əmsallar: 1 – 1,76, X – 4,14, 2 – 4,84
Mançester. “Etihad” stadionu

0