ÇL: Final matçının hakimləri BƏLLİ OLDU
11.05.2026 - 18:50
ÇL: Final matçının hakimləri BƏLLİ OLDU

UEFA Çempionlar Liqasının finalının hakim təyinatları bəlli olub.

Apasport.az xəbər verir ki, PSJ - "Arsenal" matçı Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Meydanda baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR otağından həmyerlisi Bastian Dankert köməklik göstərəcək.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.