ÇL-in yeni formatında növbəti dəyişik açıqlanıb
24.05.2024 - 19:50
ÇL-in yeni formatında növbəti dəyişik açıqlanıb

Çempionlar Liqasının 2024/25 mövsümünün təqvimi format dəyişikliyi və iştirakçıların sayının artması (32 əvəzinə 36) səbəbindən dəyişəcək.

Apasport.az xəbər verir ki, indi ümumi cədvəl oyunları (yeni formatda qrup mərhələsini əvəz etməklə) çərşənbə axşamından cümə axşamına kimi baş tutacaq. Əvvəllər Çempionlar Liqasının oyunları yalnız çərşənbə axşamı və çərşənbə günləri keçirilirdi.

Oyun həftələrinin sayı da artacaq, belə ki, komandalar ümumi cədvəldə 8 oyun (qrup mərhələsində 6 əvəzinə) və 9-dan 24-cü yerə qədər yerləri tutduqları təqdirdə pley-offa vəsiqə qazanmaq üçün 2 pley-off oyunu keçirəcəklər.

0