DÇ-2026: Argentina və Braziliyadan darmadağın
16.10.2024 - 08:47
DÇ-2026: Argentina və Braziliyadan darmadağın

Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində X turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, lider Argentina millisi Boliviyanı darmadağın edib. Uruqvay yenə xal itirib, Braziliya isə Peruya qalib gəlib.

DÇ-2026
Cənubi Amerika zonası seçmə mərhələsi
X tur

16 oktyabr

Kolumbiya – Çili 4:0
Qollar: D.Sançes, 34, L.Dias, 52, C.Duran, 82, L.Sinisterra, 90+3

Paraqvay – Venesuela 2:1
Qollar: A.Sanabriya, 59, 74 – Y.Aramburu, 25

Uruqvay – Ekvador 0:0

Argentina – Boliviya 6:0
Qollar: L.Messi, 19, 84, 86, L.Martines, 43. Y.Alvares, 45+3, T.Almada, 69

Braziliya – Peru 4:0
Qollar: Rafinya, 38 (pen.), 54, (pen.), A.Pereyra, 71, L.Henrike, 74

0