DÇ-2026-nın formatı dəyişdirilə bilər.
Apasport.az saytının məlumatına görə, ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq mundialda qrup sayının dəyişdirilməsi planlaşdırılır.
İlkin variantda üç ölkənin – ABŞ, Kanada və Meksikanın qəbul edəcəyi yarışda 48 komandanın 16 qrupda mübarizə aparması nəzərdə tutulub. Hərəsində 3 yığmanın olacağı qruplarda ilk iki yeri tutanlar 1/16 finala vəsiqə qazanmalıdır.
Lakin təşkilatçılar bu ideyadan imtina etmək fikrinə düşüb. Həmin variantda son tur matçlarının çoxunun az əhəmiyyət kəsb etmək ehtimalı böyükdür.
Bu üzdən də 4 komandadan ibarət 12 qrupun olması daha məqsədəuyğun sayılır. Belə addım ümumi oyun sayına da təsir göstərəcək. Çempionatda 80 deyil, 104 matç baş tutacaq. Yaxın müddətdə tərəflər arasında aparılacaq müzakirələrdən sonra yekun qərar veriləcək.
Qeyd edək ki, hazırda davam edən DÇ-2022-də 32 komanda hərəsində 4 yığma olan 8 qrupda mübarizə aparır.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”