DÇ-26: Çexiya hesabda öndə - YENİLƏNİR
18.06.2026 - 20:08
2026-cı il dünya çempionatında A qrupunun II turuna start verilib.
Apasport.az xəbər verir ki, turun ilk oyununda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşır.
Görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Hər iki komanda ilk turda məğlubiyyətlə üzləşib. Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, A qrupunun digər oyununda Meksika Cənubi Koreya ilə qarşılaşacaq.
Dünya çempionatı
A qrupu, II tur
18 iyul
20:00. Çexiya - CAR 1:0
Qol: M. Sadilek, 6
0
0