2026-cı il dünya çempionatında I qrupunun II turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, turun maraqlı görüşlərindən birində Fransa millisi İraqla qarşılaşır.
Matç Bakı vaxtı ilə saat 01:00-da başlayıb.
Fransa mundiala qələbə ilə start verib. Didye Deşamın komandası ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edib. İraq isə Norveçə 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, I qrupunun digər oyununda Norveç Seneqalla üz-üzə gələcək.
Dünya çempionatı
I qrupu, II tur
23 iyun
01:00. Fransa – İraq 0:0
Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Kone, Rabyo, Olize, Dembele, Barkola, Mbappe
İraq: Basil, Doski, Haşim, Tahsin, Ali, İsmayıl, Əl-Ammari, Qasem, İqbal, Bayeş, Əymən Hüseyn.