DÇ-2026-nın qrup mərhələsində növbəti oyun keçirilir.
Apasport.az xəbər verir ki, G qrupunda Belçika millisi Misir ilə qarşılır.
Setll stadionunda baş tutan görüşə bu gün Bakı vaxtı ilə saat 23:00-da start verilib.
Oyunda hesabı Misir yığması açıb. 19-cu dəqiqədə İmam Aşur Afrika təmsilçisini önə keçirib. 66-cı dəqiqədə Muhammed Hani qapıların yerini səhv salıb. Topu öz qapısına göndərən Hani bərabərlik qolunun müəllifi olub.
DÇ-2026
G qrupu
15 iyun
23:00
Belçika - Misir 0:1
Belçika: Kurtua, Mexele, Munye, Kastanye, Nqoy, De Brunye, Tilemans, Onana, Trossard, Doku, De Ketelare
Misir: Şubir, Yasser İbrahim, Mohamed Hani, Ahmed Fatu, Emam Aşur, Mostafa Ziko, Hamdi Fati,Laşin, Attia, Salah, Marmuş