Filips: "O, Mbappedən daha sürətli olan yeganə oyunçudur"
08.12.2022 - 21:56
Filips: "O, Mbappedən daha sürətli olan yeganə oyunçudur"

“Voker indiyə qədər gördüyüm ən sürətli futbolçudur".

Apasport.az xəbər verir ki, bunu İngiltərə millisinin yarımmüdafiəçisi Kalvin Filips deyib.

"Mançester Siti"nin gənc yarımmüdafiəçisi millidə və klubda komanda yoldaşı olan Kayl Vokeri fransalı hücumçu Kilian Mbappe ilə müqayisə edib: "Çox adam onun nə qədər sürətli olduğunu soruşur, lakin sözlər bunu ifadə edə bilməz. Sadəcə, onu məşqdə və ya sürətli oyunçu ilə təkbətək oyun zamanı görmək lazımdır... Mbappe ilə bacaracaq futbolçu varsa, o, Kayldır. O, heyrətamiz müdafiəçidir və bəlkə də Mbappedən daha sürətli olan yeganə oyunçudur”.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı Qətərdə keçirilir və dekabrın 18-də başa çatacaq. Fransa millisi dekabrın 10-da turnirin 1/4 final matçında İngiltərə ilə qarşılaşacaq.

0