"Frayburq"un baş məşqçisindən istefa açıqlaması
18.03.2024 - 23:00
"Frayburq"un baş məşqçisindən istefa açıqlaması

"Frayburq"un baş məşqçisi Kristiyan Ştrayx mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlama verib:

"Mən bu barədə uzun müddət düşündüm və çoxlu müzakirələr apardım, amma inanıram ki, 29 illik işdən sonra indi yeni enerji, yeni insanlar və yeni imkanlara yer açmağın vaxtıdır. Frayburqda olduğum müddətdə yüzlərlə qeyri-adi təcrübə yaşadım. Bu klub mənim həyatımdır və burada gördüyüm böyük sevgi və dəstəyə görə minnətdaram. Mən bu klubun gələcəyini səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Ştrayx bütün məşqçilik karyerasını bu klubda keçirib. O, "Frayburq"un gənclərdən ibarət komandalarını çalışdırıb və əsas məşqçinin köməkçisi olub. 2011-ci ilin dekabrından isə 58 yaşlı mütəxəssis əsas komandanın "sükanı arxası"nda olub. Onun rəhbərliyi altında "Frayburq" 481 oyun keçirib (41% qələbə).

26 turdan sonra klub Bundesliqanın turnir cədvəlində 9-cu yeri tutur.

 

0