İtaliyanın oyunu nə gələcək?
07.06.2022 - 16:06
İtaliyanın oyunu nə gələcək?

Millətlər Liqasının önəmli oyunlarından biri bu gün İtaliya ilə Macarıstan arasında keçiriləcək.

Apasport.az saytının məlumatına görə, ilk turdan sonra “ölüm qrupu”na başçılıq edən macarlar bunun təsadüfi olmadığını səfərdə sübut etməyə çalışacaq.

Rusiyalı futbol eksperti Artemi Kuteynikov Çesenada baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini çatdırıb. Mütəxəssis görüşdə çox qol vurulacağına inanmır:

Millətlər Liqasında elitanın əsas sensasiyası Macarıstandır. İlk turda İngiltərəyə 1:0 hesabı ilə qalib gələn “sehrli macarlar” bu gün İtaliya ilə səfərdə qarşılaşacaq.

İngilisləri məğlub etməsinə baxmayaraq, bukmekerlər macarlara yenə inanmır. Ən çox gözlənilən üç nəticə 1:0, 2:0 və 1:1 hesablarıdır. Birinci turda hər iki komanda hərəyə 1 qol vurub. Həmin top Macarıstanın qələbəsi üçün kifayət elədisə, İtaliya Almaniyadan 1 xal ala bildi. Ümumiyyətlə, Skuadra Adzurra ardıcıl 5 rəsmi oyunda 1-dən çox qol vurmayıb. Macarlar rəqiblə müqayisədə daha məhsuldardır.

Macarıstan yüksək səviyyəli komandalar üçün çox narahat rəqibdir. Ən böyük silahı ev oyununda tribunalardır. Macarıstanlı azarkeşlər komandanı çox yaxşı dəstəkləyirlər, amma İtaliya ilə səfərdə qarşılaşacaqlar. Digər tərəfdən Roberto Mançininin kollektivi ən yaxşı vəziyyətində deyil. Komandada nəsil dəyişikliyi yaşanır.

Çox güman ki, italyanlar azarkeşləri önündə “sehrli macarlar”ın öhdəsindən gələ biləcək. Ancaq qarşılaşmada az qol gözləyirəm. İtalyanlar hücumda oynamaqda çətinlik çəkirlər. Macarlar isə ikinci nömrə kimi çıxış edərək, müdafiəni möhkəm saxlayacaqlar.

Proqnozum: ALT
 

0