Konfrans Liqasında dövrəyə son – 16 oyunla
06.10.2022 - 11:12
Konfrans Liqasında dövrəyə son – 16 oyunla

Konfrans Liqasında I dövrəyə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, bu gün qitənin üçüncü dərəcəli klub turnirində 16 matç baş tutacaq.

8 qrupda III turun görüşləri təşkil olunacaq. Qardaş Türkiyənin iki klubu da meydana çıxacaq.

“Başakşəhər” Latviyada RFS ilə qarşılaşacaq. “Sivasspor” isə evdə “Balikani”ni sınağa çəkəcək.

Qeyd edək ki, II dövrəyə gələn həftə start veriləcək.

A qrupu
⚽  23:00. “Harts” – “Fiorentina”
⚽  23:00. RFS – “Başakşəhər”
B qrupu
⚽  20:45. “Anderlext” – “Vest Hem”
⚽  20:45. “Silkeborq” – “Styaua”
C qrupu
⚽  20:45. “Lex” – “Hapoel” BŞ
⚽  23:00. “Vilyarreal” – “Austriya”
D qrupu
⚽  20:45. “Slovaçko” – “Nitsa”
⚽  23:00. “Köln” – “Partizan”
E qrupu
⚽  20:45. “Dnepr-1” – “Vaduts”
⚽  23:00. “Alkmaar” – “Apollon”
F qrupu
⚽  20:45. “Molde” – “Şemrok Rovers”
⚽  23:00. “Gent” – “Yurqorden”
G qrupu
⚽  20:45. “Sivasspor” – “Balikani”
⚽  23:00. “Slaviya” – ÇFR
H qrupu
⚽  20:45. “Pünik” – “Jalgiris”
⚽  23:00. “Bazel” – “Slovan”
 

0