“Bavariya” və “Real Madrid” yarımfinalda - YENİLƏNİB
18.04.2024 - 01:50
“Bavariya” və “Real Madrid” yarımfinalda - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, qarşılaşmalar Münhen və Mançesterdə keçirilib. 

“Mançetser Siti” İspaniya nəhəngi “Real”la qarşılaşıb. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.  

Cavab görüşünün də əsas və əlavə vaxtı heç-heçə bitib. Qalib isə penaltilər seriyasnda müəyyənləşib. Rəqibinə qalib gələn “Real” yarımfinala yüksəlib.

“Arsenal” isə “Bayern”in qonağı olub. Sözügedən komandalar da birinci oyunda 2:2 hesablı heç-heçə etmişdilər. Doğma meydanda minimal hesabla qalib gələn “Bayern” yarımfinala çıxıb.

Beləliklə, yarımfinalda PSJ “Borussiya” (Dortmund) ilə, “Real” isə “Bayern”lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları
17 aprel

23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya) 1:1 (penalti: 3:4)

Qollar: De Bruyne, 73 - Rodriqo, 12

Baş hakim: Daniele Orsato (İtaliya).
“Etihad” stadionu.

İlk oyun – 3:3.

23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) 1:0

Qol: Kimmix, 64
Baş hakim: Danni Makkeli (Niderland).
“Alyans Arena”.

İlk oyun – 2:2.

0