"Borussiya" - PSJ matçının hakimləri açıqlandı
29.04.2024 - 13:49
"Borussiya" - PSJ matçının hakimləri açıqlandı

Çempionlar Liqasının yarımfinal mərhələsində "Borussiya" və PSJ arasında keçiriləcək ilk oyuna hakimlər briqadası təyin olunub.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Antoni Teylor görüşün baş hakimi təyin edilib. Qeri Besvik və Adam Nann britaniyalı referiyə kömək edəcəklər. Dördüncü hakim isə norveçli Espen Eskosdur.

Xatırladaq ki, Almaniya və Fransa təmsilçiləri arasında ilk görüş mayın 1-də Dortmundda keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Cavab görüşü gələn həftə Parisdə baş tutacaq.

0