Millətlər Liqası: İtaliya Türkiyəni darmadağın etdi - YENİLƏNİB
29.09.2026 - 00:36
Bu gün UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib.
Apasport.az xəbər verir ki, A Liqasında 1-ci qrupda Türkiyə İtaliya ilə qarşılaşıb.
Görüş Bursa şəhərində keçirilib.
5 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. İtaliya rəqibini 4:1 hesabı ilə darmadağın edib.
UEFA Millətlər Liqası
II tur
A Liqası
1-ci qrup
22:45. Türkiyə – İtaliya 1:4
Qollar: A. Bastoni, 9, D. Fratessi, 22, M. Kayode, 27, B. A. Yılmaz, 47, F. P. Esposito 50.
1
0