Millətlər Liqasında 10 oyun: Son finalçılar üz-üzə
11.06.2022 - 10:07
Millətlər Liqasında 10 oyun: Son finalçılar üz-üzə

Millətlər Liqasında III tura yekun vurulur.

Apasport.az saytının məlumatına görə, bu gün daha 5 qrupda I dövrəyə yekun vurulacaq.

Turun son günündə 10 matç baş tutacaq. Əsas diqqət A liqasına yönələcək. Son Avropa çempionatının finalçıları İngiltərə ilə İtaliya birincilərin meydanında üz-üzə gələcək.

C liqasında yer alan Türkiyə yığması səfərdə Lüksemburqla qarşılaşacaq. İlk iki turda hər iki komanda maksimum xal topladığından, bu matç qrup liderini müəyyənləşdirə bilər.

A liqası, 3-cü qrup
⚽ 22:45. İngiltərə - İtaliya
⚽ 22:45. Macarıstan – Almaniya
4-cü qrup
⚽ 22:45. Niderland – Polşa
⚽ 22:45. Uels – Belçika

B liqası, 1-ci qrup
⚽ 17:00. Ukrayna – Ermənistan
⚽ 20:00. İrlandiya – Şotlandiya
3-cü qrup
⚽ 22:45. Monteneqro – Bosniya və Herseqovina
⚽ 22:45. Rumıniya - Finlandiya

C liqası, 1-ci qrup
⚽ 20:00. Farer adaları – Litva
⚽ 22:45. Lüksemburq – Türkiyə

0